×
A
A
A
Sazlamalar

Əczaçılıq məhsullarının idxalında cüzi artım olub

Bakı, 18 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkəyə 6 min 952 ton əczaçılıq məhsulları idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri 134 milyon 494 min ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin müvafiq dövründə 123 milyon 751 min dollarlıq 6 min 493 ton əczaçılıq məhsulları idxal edilmişdi.

 

İqtisadiyyat 2019-07-18 12:07:00