×
A
A
A
Sazlamalar

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Bakı, 18 iyul, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iyulun 19-da saat 11:00-dan etibarən Qusarda (Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, Heydər Əliyev Mərkəzi) Qusar rayonundan olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin gün nazir müavini Sahib Məmmədov isə Xaçmazda (Xaçmaz şəhəri, Bakı prospekti, 45, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi) saat 11:00-dan başlayaraq bu rayondan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin “[email protected]” elektron poçt ünvanı və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin “195-2” Çağrı Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi (əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (023) 326-83-16, (050) 235-01-50, “[email protected]” electron ünvanı) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və “facebook” vasitəsilə də qəbula yazıla bilərlər.

Regionlar 2019-07-18 11:14:00