×
A
A
A
Sazlamalar

Mərdəkan bağları yaşayış massivinin təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı, 18 iyul, AZƏRTAC

Xəzər rayonu, Mərdəkan qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərinin sınaq işləri ilə bağlı olaraq təbii qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Buna görə də bu gün saat 11:30-dan işlər başa çatanadək Mərdəkan bağları yaşayış massivinin 2000 abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-07-18 10:41:00