×
A
A
A
Sazlamalar

Violonçel ifaçısı Camal Əliyev Kinqs-Linn Festivalında çıxış edəcək

Bakı, 18 iyul, AZƏRTAC

Violonçel ifaçısı Camal Əliyev iyulun 25-də Böyük Britaniyada Kinqs-Linn Festivalında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin və festivalın saytlarında yer alıb. Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək. Konsertdə L.Betxovenin və Y.Bramsın sonataları səsləndiriləcək.

Musiqi 2019-07-18 07:29:00