×
A
A
A
Sazlamalar

Eldar Əliyev: Rəqiblərimiz güclü olsa da, sonadək mübarizə aparacağıq

Bakı, 18 iyul, AZƏRTAC

Rəqiblərimiz güclü ola bilər, amma biz də sonadək mübarizə aparacaq və gözəl oyun göstərməyə çalışacağıq.
Bu fikri Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək oğlanlardan ibarət milli komandanın baş məşqçisi Eldar Əliyev AZƏRTAC-a müsahibəsində söyləyib.
Eldar Əliyev voleybolçularımızın hazırlığı barədə deyib: “Voleybol üzrə gənc oğlanlardan ibarət milli komandamız iyulun 22-də Avropa Gənclər Olimpiya Festivalında ilk oyununa çıxacaq. Oyunların başlanmasına çox az vaxt qalıb. Gündə iki dəfə məşq edirik. Rəqiblərimiz bəllidir, çətin və maraqlı oyunlar bizi gözləyir”.
Müsahibimiz, həmçinin xatırladıb ki, festivalda iştirak edən voleybol komandalarını Avropa Voleybol Federasiyası təyin edib və bu komandalar Avropa reytinq cədvəlində ilk yeddilikdədir.

İdman 2019-07-18 00:57:00