×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları ciu-citsu üzrə dünya çempionatında uğurla çıxış ediblər

Bakı, 17 iyul, AZƏRTAC

Moskvada keçirilən Braziliya ciu-citsusu üzrə açıq dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Azərbaycan Ciu-citsu Federasiyasının mətbuat katibi Rüfət Abdullayev AZƏRTAC-a bildirib ki, 2 minədək idmançının qatıldığı çempionatda təmsilçilərimizdən Fəxrəddin Hüseynov və Vüsal Eynullayev bütün rəqiblərini üstələyərək birinci olublar. Ayaz Süleymanov, Mehman Fətəliyev, Çingiz Mehdiyev, Aslan Qədimli və Həsən Səfərəliyev isə gümüş medallarla kifayətləniblər.
Yığma komandamız çempionatda 20 idmançı ilə təmsil olunub.

İdman 2019-07-17 20:13:00