® “Azercell Telekom” MMC-nin rəsmi mövqeyi
İyulun 17-də “tech.liga.net” saytında və bəzi başqa saytlarda yerləşdirilən “Большие деньги. Компания из Баку приценивается к Vodafone Ukraine” https://tech.liga.net/telecom/article/bolshie-dengi-kompaniya-iz-baku-pritsenivaetsya-k-vodafone-ukraine - başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.
Vurğulamaq istərdik ki, məqalədə qeyd edilən məlumatlar həqiqəti əks etdirmir və fərziyyələrə əsaslanaraq oxucularda yanlış fikir formalaşdırmaq cəhdindən başqa bir şey deyildir. Həmçinin peşəkar jurnalist etikasına uyğun olaraq, məqalə yerləşdirilməmişdən əvvəl məsələ ilə bağlı “Azercell Telekom” MMC-nin rəsmi mövqeyi soruşulmayıb və heç bir dəqiqləşdirilmə aparılmayıb.
Sadalanan məqamları nəzərə alaraq, oxucuları bu növ xəbərlərdə qeyd edilən məlumatlara inanmamağa səsləyirik.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb