Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nazirlik sosial şəbəkələrin işindəki nasazlıqla bağlı açıqlama yayıb

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də dünyanın bir sıra ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranıb. Azərbaycanda da istifadəçilər “Facebook”, “Instagram” və “Whatsapp” tətbiqlərindən istifadə zamanı problemlərlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrə giriş mümkün olmayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.
Populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıblar.
ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Herseqovina, Koreya Respublikası, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər “Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin “çökdüyünü” bildirirlər.

İKT 2019-07-17 18:24:00