×
A
A
A
Sazlamalar

“Azəriqaz” tərəfindən 693 sayğaca baxış keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin Metrologiya departamentinin Sayğacların ekspertizası şöbəsində 693 sayğaca baxış keçirilib, 260-nın birbaşa aşkar edilmiş vizual qüsura əsasən rəyləri verilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, 399 sayğac sınaq qurğusunda yoxlanılıb, həmçinin 645 smart-kart tipli, 152 mexaniki tipli qaz sayğacları yoxlamaya qəbul olunub. 146 smart-kart tipli qaz sayğacı Regional Qaz İstismarı İdarələrinə təhvil verilib.

Neft - qaz 2019-07-17 18:17:00