Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Elektrik stansiyalarının simulyasiyası sahəsində Malayziya təcrübəsi öyrənilir

Bakı, 17 iyul, AZƏRTAC

Elektrik stansiyalarının simulyasiyası sahəsində Malayziya təcrübəsi öyrənilir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Malayziyanın Selanqor ştatında elektrik stansiyalarının simulyasiyasının inkişafı (ILSAS) mövzusunda beynəlxalq kurslar başlayıb. Bandar Baru Bangi şəhərində təşkil edilmiş ümumi kurs proqramında dünyanın bir çox ölkələrindən gəlmiş ekspertlər Malayziyanın müvafiq sahədəki zəngin təcrübəsini öyrənirlər. Proqramda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvü olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) nümayəndəsi də iştirak edir.
İştirakçılar peşəkar təlimçilər tərəfindən müxtəlif istiqamətlər üzrə təşkil edilmiş fərqli panellərdə iştirak edir, mühazirələr dinləyir, təqdimatlarla tanış olur, qrup müzakirələrinə və praktiki məşğələlərə qatılır, Malayziyanın elektrik stansiya simulyatorlarına texniki səfərlərə dəvət olunurlar. Kursların əsas məqsədi iştirakçıların müvafiq sahədə baza bilikləri əldə etmələrindən ibarətdir.

Energetika 2019-07-17 18:13:00