×
A
A
A
Sazlamalar

Yarım ildə dəniz limanlarında 4 milyon tonadək yükləmə-boşaltma işləri aparılıb

Bakı, 17 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında dəniz limanlarında 3 milyon 997 min 600 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 663 min 300 tonunu və ya 91,6 faizini tranzit yüklər təşkil edib. İyulun 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 119,5 min ton olub.
Altı ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 8,9 min nəfərə çatıb.

Nəqliyyat 2019-07-17 17:28:00