×
A
A
A
Sazlamalar

“Musiqi sənəti” istiqamətli ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

Bakı, 17 iyul, AZƏRTAC

“Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33, 34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu imtahanın Bakı şəhəri üzrə 47 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulur.
İyulun 23-də “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən keçiriləcək test imtahanının vaxtı saat 10:00-dan 12:00-a dəyişdirilib.

Elm və təhsil 2019-07-17 17:21:00