×
A
A
A
Sazlamalar

Azərbaycanın stolüstü tennisçisi Avropa çempionatında gümüş medal qazanıb

Bakı, 17 iyul, AZƏRTAC

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatı başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, şəxsi yarışlarda finala yüksələn stolüstü tennisçimiz Yu Xinhanq çempionatın gümüş medalına sahib olub.
Çempionatın komanda yarışlarında oğlanlardan ibarət Azərbaycan yığması da ikinci yeri tutub.

İdman 2019-07-17 17:15:00