×
A
A
A
Sazlamalar

Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 4 milyard 90,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 998,7 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib.
Yarım ildə hər bir ölkə sakini orta hesabla 414 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 15,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

İqtisadiyyat 2019-07-17 13:16:00