×
A
A
A
Sazlamalar

Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb

Bakı, 17 iyul, AZƏRTAC
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına (EYOF) hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün idman obyektlərinə baxış keçirən Gənclər və İdman naziri Azad Rəhimov Veloparkda olub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC–a bildiriblər ki, nazir EYOF-un velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi bu idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat alıb. Sonra A.Rəhimov mötəbər yarışda iştirak edəcək velosipedçilərlə görüşüb, onlara uğurlar arzulayıb.
Festivalın proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə yarışlar keçiriləcək. Azərbaycanı bu yarışlarda Lalə Əbdürəhmanova, Gülşən İsmayılova, Məleykə İsgəndərova, Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyev təmsil edəcəklər.

İdman 2019-07-17 17:18:00