×
A
A
A
Sazlamalar

Türkiyə XİN: Ərbildəki hücumda bir türkiyəli diplomat şəhid olub

Ankara, 17 iyul, AZƏRTAC
Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının terrorçuların hücumuna məruz qalması nəticəsində bir diplomat şəhid olub.
Türkiyənin Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, terror aktı Baş Konsulluğun binasından kənarda baş verib. Bildirilir ki, hadisə ilə bağlı İraq tərəfi ilə danışıqlar aparılır.
Yerli KİV-lərin məlumatına görə, silahlı hücumda iki terrorçu iştirak edib. İraq tərəfi cinayətkarların tutulması üçün tədbirlər görüldüyünü bildirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-07-17 17:11:00