×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetinin əməkdaşı ABŞ-da keçirilən beynəlxalq konfransda iştirak edib

Bakı, 17 iyul, AZƏRTAC 

ABŞ-ın San-Fransisko şəhərində Amerika Mikrobiologiya Cəmiyyətinin konfransı keçirilib. Konfransda dünyanın 100-dən çox ölkəsindən mütəxəssis iştirak edib.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi beynəlxalq tədbirdə universitetin tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyyə Klinikasında laboratoriyasının müdiri, Amerika Mikrobiologiya Cəmiyyətinin üzvü Yavər Hacısoy təmsil edib.
Y.Hacısoyun sözlərinə görə, konfrans klinik-mikrobiologiya və infeksion xəstəliklər üzrə dünyada ən mötəbər toplantılardan biri sayılır: “Konfransda mikrobiologiyanın bütün sahələri, o cümlədən, bakteriologiya, virusologiya, parazitologiya, mikologiyaya dair bir-birindən maraqlı və yeni məruzələr səsləndirildi. Həmçinin klinik və molekulyar mikrobiologiyanın müxtəlif sahələrini əhatə edən 4000-dən çox elmi iş məruzə dinlənildi. Konfrans çərçivəsində “Biomerieux”, “Becton Dickinson”, “BioFire Diagnostics” kimi 200-dən çox diaqnostik firmanın son texnologiyalarının və reagentlərinin nümayişi də keçirildi”.
Qeyd edək ki, mötəbər tədbirdə Yavər Hacısoyun poster məruzəsi çap olunub.

Səhiyyə 2019-07-17 17:10:00