Gədəbəydə bir tona yaxın çətənə kolu məhv edilib
Bakı, 17 iyul, AZƏRTAC
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini P.Haqverdiyevin yaşadığı evə baxış zamanı 6,675 qram marixuana, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 çətənə kolu aşkarlanaraq götürülüb.
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şınıx kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 916 kiloqram olan 2116 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO