×
A
A
A
Sazlamalar

Hazır metal məmulatlarının istehsalı sahəsində 47,1 faiz artım olub

Bakı, 17 iyul, AZƏRTAC
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-iyun aylarında 357,1 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 47,1 faiz artım, metallurgiya sənayesində 18,2 faiz azalma müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sahə üzrə 13 min 767,5 ton (4,1 dəfə çox) qara metallardan digər konstruksiyalar, 20,1 min ton (2,6 faiz çox) emal edilməmiş alüminium ərintiləri istehsal olunub.

Tikinti̇ 2019-07-17 16:51:00