Yazıçı Andrea Kamilleri vəfat edib
Bakı, 17 iyul, AZƏRTAC
İtalyan prozaiki Andrea Kamilleri 93 yaşında Romada vəfat edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.
İyun ayında yazıçını ürək tutması diaqnozu ilə Santo-Spirito xəstəxanasına yerləşdiriblər.
Polis komissarı Montalbano haqqında silsilə romanların müəllifi Andrea Kamilleri İtaliyanın detektiv janrında yazan ən populyar yazıçılarından biri olub.
2015-ci ildə Kamilleri söz sənətinə töhfəsinə və detektiv janrında klassik dünya ədəbiyyatının ən yaxşı ənənələrinə sadiqliyinə görə “İtaliyada N.V.Qoqol adına mükafat”ın laureatı olub.
Andrea Kamilleri 1925-ci il sentyabrın 6-da Aqricento əyalətinin (Siciliya) Porto-Empedokl şəhərciyində anadan olub. Uzun illər Romada yaşayıb və işləyib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir