×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Xaçmaz və Ucarın təbii qaz təchizatında fasilə yaranıb

Bakı, 17 iyul, AZƏRTAC

Xaçmaz və Ucarın təbii qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz rayonunun Nərəcan kəndinin müəyyən hissəsinə xidmət edən 100 millimetrlik qaz kəməri avtomobillə vurularaq qırılıb. Gecə saat 03:30-dan həmin ərazinin qaz təchizatı dayandırılıb. Xaçmazda digər bir halda da traktorla 108 millimetrlik qaz kəməri vurularaq qırılıb. Buna görə də Gəncəli kəndində saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Rayonun hər iki ərazisində ayrı-ayrılıqda 100 abonentin qaz təchizatında fasilə yaranıb.
Ucar rayonunda isə Xalac kəndini təbii qazla təmin edən 110 millimetrlik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar həmin kəndə qazın verilişi bu gün səhər saat 09:30-dan dayandırılıb. Bu vaxt ərzində 140 abonentin qaz təminatında fasilələr yaranacaq. Gün ərzində təmir prosesi tamamlandıqdan sonra təchizat bərpa olunacaq.

Regionlar 2019-07-17 15:54:00