×
A
A
A
Sazlamalar

Tətilə kitabla gedək...

Bakı, 17 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı tədris ilinin bitməsi ilə əlaqədar kitabxanada “Tətilə kitabla gedək” mövzusunda aksiya keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, aksiya məktəblilərin tətildə asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək, onlarda ədəbiyyata məhəbbət, mütaliə vərdişləri aşılamaq məqsədi daşıyır.
Tarixi-mədəni, ədəbi-bədii, elmi və fəlsəfi irsin toplanmasında, nəsildən-nəslə ötürülməsində və cəmiyyətin intellektual mənəvi potensialının inkişafında kitabxanaların fəaliyyəti əvəzsizdir. Bu baxımdan kitabxana öz fəaliyyətini yüksək şəkildə quraraq oxucu dairəsini genişləndirməyə nail olub. Kitabxana hər il yay tətili ilə əlaqədar bir sıra tədbirlər keçirərək oxucuları kitabxanaya cəlb etməkdə davam edir. Kitabxana əməkdaşları uşaqlara kitab seçərkən onların yaşını nəzərə alır, çünki seçilən kitab uşağın yaş dövrünə uyğun olmadıqda uşaq o kitabdan zövq ala bilməz və kitaba marağı azalar. Bu baxımdan kitabxana əməkdaşları oxucularla daha yaxından maraqlanırlar.
Kitabxanada müxtəlif sahələr üzrə kitab sərgiləri təşkil edilib. Uşaqlar sərgi ilə tanış olub, yeni kitablar götürüb və kitabxanaya üzv yazılıblar.

Mədəniyyət 2019-07-17 15:22:00