×
A
A
A
Sazlamalar

Kişi şpaqaçılarımız Macarıstanda keçirilən dünya çempionatında çıxış ediblər

Bakı, 17 iyul, AZƏRTAC

Qılıncoynadanlarımız Kənan Əliyev və Ruslan Həsənov Budapeştdə keçirilən dünya çempionatında kişi şpaqaçıların şəxsi kateqoriyasında iştirak ediblər.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, qrup mərhələsində keçirdiyi beş görüşdən ikisini qələbə ilə başa vuran K.Əliyev pley-offda Rusiya təmsilçisi Nikita Qlazkova 4:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi altı görüşdən üçündə qələbə qazanan R.Həsənov isə pley-offda çexiyalı Jiri Berana 7:15 hesabı ilə məğlub olub.
İyulun 17-də Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova qadın sablyaçıların şəxsi yarışında mübarizəyə qoşulacaqlar.

İdman 2019-07-17 14:50:00