×
A
A
A
Sazlamalar

Altı ayda nəqliyyat vasitələri ilə 112,1 milyon ton yük daşınıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 112,1 milyon ton yük daşınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,6 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 64,5 faizi avtomobil, 6,2 faizi dəmir yolu, 2,7 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Nəqliyyat 2019-07-17 14:39:00