×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibədə 24 namizəd uğur qazanıb

Bakı, 17 iyul, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 17-si saat 14:05-ə olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 24-ü müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr iyulun 19-da başa çatacaq.
Xatırladaq ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Elm və təhsil 2019-07-17 14:07:00