×
A
A
A
Sazlamalar

Bu il neft-qaz sektoruna 2,36 milyard manatadək vəsait yönəldilib

Bakı, 17 iyul, AZƏRTAC
Yarım ildə ölkənin neft-qaz sektoruna 2 milyard 358,9 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında neft-qaz sektorunda 15 milyard 524,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarının səviyyəsində qalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,3 faiz çoxalıb. Sənaye məhsulunun 69,5 faizi mədənçıxarma sektorunda istehsal olunub.
İyunda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 9,8 faiz ucuzlaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər çalışıb. Yanvar-may aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 168,5 manat təşkil edib.

 

Neft - qaz 2019-07-17 13:27:00