×
A
A
A
Sazlamalar

Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda idxalın 43,3 faizini avtomobil, 16,4 faizini dəmir yolu, 32,5 faizini hava, 3,9 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklərin dəyəri təşkil edib.

Nəqliyyat 2019-07-17 13:12:00