×
A
A
A
Sazlamalar

Yarım ildə ölkədən 701 min tondan çox çay ixrac olunub

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin 6 ayında ölkədən 701 min 53 ton çay ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri isə 4 milyon 500 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin birinci yarısında Azərbaycandan 4 milyon 820 min dollarlıq 712,7 min ton çay ixrac edilmişdi.

 

İqtisadiyyat 2019-07-17 13:04:00