×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında içki, qida və tütün istehsalı artıb

Bakı, 17 iyul, AZƏRTAC 

Cari ilin 6 ayında əvvəlki ilin birinci yarısı ilə müqayisədə içki istehsalında 65,2 faiz, qida məhsullarının istehsalında 20 faiz, tütün məmulatlarının istehsalında isə 14,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 2,8 dəfə, qaymaq və xama istehsalı 55,4 faiz, cem və marmeladların istehsalı 49,9 faiz, kolbasa məmulatları 45,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı isə 25,2 faiz artıb.

Kənd təsərrüfatı 2019-07-17 13:02:00