×
A
A
A
Sazlamalar

Ət idxalı artıb

Bakı, 17 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında ölkəyə 24 min 64 ton ət idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən ətin dəyəri 35 milyon 394 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin 6 ayında ölkəyə 32 milyon 366 min dollarlıq 21 min 969 ton ət idxal edilmişdi.

İqtisadiyyat 2019-07-17 12:19:00