×
A
A
A
Sazlamalar

Altı ayda dəmir yolu ilə 1,6 milyon sərnişin daşınıb

Bakı, 17 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 1,6 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 21,8 faiz artım olub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 283 vaqon yüklənib, 387 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,2 min ton, qərb istiqaməti üzrə 4,3 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

 

Nəqliyyat 2019-07-17 12:07:00