×
A
A
A
Sazlamalar

Bu il ölkəyə 179 min tondan çox meyvə-tərəvəz gətirilib

Bakı, 17 iyul, AZƏRTAC
Altı ayda ölkəyə 179 min 79 ton meyvə-tərəvəz idxal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən meyvə-tərəvəzin dəyəri 101 milyon 438 min dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında ölkəyə 89 milyon 357 min dollarlıq 166 min 830 ton meyvə-tərəvəz idxal edilmişdi.

İqtisadiyyat 2019-07-17 12:05:00