×
A
A
A
Sazlamalar

Hacıqabulda taxıl zəmilərindən 77 min tonadək məhsul yığılıb

Hacıqabul, 17 iyul, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 31 min 973 hektar sahədə taxıl əkilib, bunun da 10 min 358 hektarı arpa, 21 min 615 hektarı isə buğda sahəsidir. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 76 min 973 ton məhsul toplayaraq biçini başa çatdırıblar. Yığılmış məhsulun 41 min 708 tonu buğda, 34 min 414 tonu isə arpadır. Biçin aparılan hər hektardan 23 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən 1 sentner çoxdur. Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Rayon üzrə ən yüksən məhsuldarlığa Abdulabad kənd sakini Vilayət İsgəndərov nail olub. Fermer becərdiyi taxıl sahəsinin hər hektarından 50 sentner məhsul götürüb.

Kənd təsərrüfatı 2019-07-17 11:50:00