×
A
A
A
Sazlamalar

İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb

Bakı, 17 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İsrailin Vergi Orqanının baş direktoru Eran Yaakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə gömrük sistemində aparılan islahatlar, onların mahiyyəti və əldə olunan nəticələr barədə məlumat verilib, gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Həmçinin görüşdə hər iki ölkənin gömrük orqanları tərəfindən tətbiq edilən və müasir çağırışlara cavab verən yeniliklər, innovativ layihələrlə bağlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsinin əlaqələrin inkişafına münbit şərait yaradacağı vurğulanıb.
Görüş başa çatdıqdan sonra İsrail nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin “Hədəf” Mərkəzi ilə tanış olub.

 

İqtisadiyyat 2019-07-17 11:51:00