×
A
A
A
Sazlamalar

Altı ayda ölkədə 2,67 milyon baş iribuynuzlu mal-qara mövcud olub

Bakı, 17 iyul, AZƏRTAC 

İyulun 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 674 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 284,9 min baş inək və camış, 8 milyon 542,7 min baş qoyun və keçi mövcud olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 17,3 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 5,8 min baş (0,5 faiz), qoyun və keçilərin sayı 106,3 min baş (1,2 faiz) azalıb.

Kənd təsərrüfatı 2019-07-17 11:52:00