×
A
A
A
Sazlamalar

Bu il diri çəkidə ət istehsalı 3 faiz artaraq 252,5 min ton olub

Bakı, 17 iyul, AZƏRTAC 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 252,5 min ton, süd istehsalı 2 faiz artaraq 1 milyon 37,2 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə yumurta istehsalı 4,5 faiz artaraq 926,9 milyon ədəd və yun istehsalı 0,8 faiz artaraq 14,6 min ton olub.
Bundan başqa, ölkədə 636,6 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb.

 

Kənd təsərrüfatı 2019-07-17 11:49:00