×
A
A
A
Sazlamalar

Əhalinin nominal gəlirləri 6,6 faiz artıb

Bakı, 17 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 27 milyard 355,8 milyon manat təşkil edib, əhalinin hər nəfərinə orta hesabla 2 min 768,6 manatlıq gəlir düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 milyard 131,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.

 

Maliyyə 2019-07-17 11:46:00