×
A
A
A
Sazlamalar

Beş ay ərzində Azərbaycanda 56 min 254 körpə doğulub

Bakı, 17 iyul, AZƏRTAC 

Bu ilin 5 ayı ərzində Azərbaycanda 56 min 254 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəmdir.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında ölkədə 24 min 690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.

Cəmiyyət 2019-07-17 11:32:00