×
A
A
A
Sazlamalar

Tarlalardan 2,5 milyon tondan çox dənli və dənli paxlalı bitkilər yığılıb

Bakı, 17 iyul, AZƏRTAC 

İyunda havaların nisbətən isti keçməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daha çox kənd təsərrüfatı məhsullarının yığılmasına səbəb olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə iyulun 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 2 milyon 541,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 40,7 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 335,7 min ton (10,3 faiz çox) kartof, 675,1 min ton (13,8 faiz çox) tərəvəz, 54,8 min ton (37,5 faiz çox) bostan məhsulları, 125,2 min ton (21,1 faiz çox) meyvə və giləmeyvə, 1245,7 ton (27,8 faiz çox) tütün yığılıb.

 

Kənd təsərrüfatı 2019-07-17 11:13:00