×
A
A
A
Sazlamalar

Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb

Bakı, 17 iyul, AZƏRTAC

Yarım ildə Azərbaycandakı magistral qaz kəmərləri ilə 13 milyard 890,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 19,9 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 6 ayda qaz nəqlinin 35,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 milyard 891,6 milyon kubmetr təbii qaz göndərilib.

Neft - qaz 2019-07-17 11:08:00