×
A
A
A
Sazlamalar

Həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Bakı, 17 iyul, AZƏRTAC 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən İmamqulubəyli qəsəbə sakini Azər Allahverdiyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi çəkisi 8 kiloqram 870 qram olan 28 çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-07-17 11:07:00