×
A
A
A
Sazlamalar

Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb

Bakı, 17 iyul, AZƏRTAC 

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 31 min 676 nəfər və ya 0,3 faiz artaraq 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

 

Sosial 2019-07-17 10:57:00