×
A
A
A
Sazlamalar

DİN: əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub

Bakı, 17 iyul, AZƏRTAC 

Ötən gün ərzində törədilmiş 23 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə səkkiz nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə beş nəfər, borclu şəxs qismində axtarılan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

 

Hadisə 2019-07-17 10:23:00