×
A
A
A
Sazlamalar

“Artım”da növbəti tədbir “Ekstatik rəqs”ə həsr olunub

Bakı, 16 iyul, AZƏRTAC

“Artım” layihə məkanında “Ekstatik rəqs” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd yığılmış gərginliyi və stressi aradan qaldırmaq və daxili insan resurslarını ortaya çıxarmaqdır.
Bu təcrübədən keçməyə, layihənin müəllifi Səid İsmayılovun rəhbərlik etdiyi peşəkar təlimçilər iştirakçılara köməklik göstərib.
Təcrübəni azad, ani yaranmış rəqs kimi də adlandırırlar. Hər yaşda və hər hansı bir rəqs bacarığı olan iştirakçı təcrübədən keçə bilib. Təcrübə, hər şeyin dalğa və ritmik bir şəkildə hərəkət edən enerjilərdən ibarət olduğunu vurğulayan fəlsəfi məqamlara əsaslanır. Məqsəd, zehni sülhə gətirməkdir və beləliklə, bədən ruhun istəyinə uyğun hərəkət etməyə çalışır.
Bədən hərəkətinə və nəfəs almaq prosesinə diqqət yetirən insan tez zamanda mediativ duruma çatır və onun bütövlüyünü, dünya ilə əlaqəsini hiss edə bilir. “Rəqs etməyin, rəqsin özü olun” – bu praktikanın əsas ideyası olub.

Musiqi 2019-07-16 21:27:00