×
A
A
A
Sazlamalar

Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycanda keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası və dinlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür.
Bu fikri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Multikulturalizm Yay Məktəbinin açılış mərasimində iştirak edən amerikalı jurnalist, politoloq Piter Teys deyib.
Piter Teys bildirib ki, müxtəlif qitələrdə yaşayan, fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar arasında fikir mübadiləsi aparmaq üçün müsbət platforma yaradan Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri böyük önəm kəsb edir. Amerikalı jurnalist Bakı şəhərinin belə tədbirlərin yüksək səviyyədə təşkil edilməsi baxımından ideal məkan olduğunu söyləyib. O əlavə edib ki, Yay və Qış məktəbləri dünyanın bir çox ölkələrindən gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoq naminə fikir mübadiləsi aparmaları baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, həm də dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə məlumatlandırılması üçün gözəl imkandır.
Politoloq Azərbaycanın sülhün, dinlərarası harmoniyanın və mədəniyyətlərarası dialoqun sədaqətli tərəfdaşı olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan son illərdə böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində mümkün olub.

Cəmiyyət 2019-07-16 19:34:00