×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu imtahanlarında növbəti yüksək bal

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahanda 58 bal toplayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.
Müəllimlərin işə qəbulu üzrə imtahanlar iyulun 24-dək davam edəcək.

Elm və təhsil 2019-07-16 19:19:00