×
A
A
A
Sazlamalar

PROMIG layihəsi çərçivəsində idarəetmə görüşü

Bakı, 16 iyul, AZƏRTAC

İvana Cavaxişvili Tbilisi Dövlət Universitetinin koordinatoru olduğu “Universitetdə miqrasiya təhsilinin təşviqi” (PROMIG) layihəsi çərçivəsində Almaniyanın Oldenburq Universitetində növbəti idarəetmə görüşü keçirilib. Görüşdə Xəzər Universitetinin müəllimləri də iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dörd gün davam edən tədbirdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunub, Oldenburq Universitetinin magistr tələbələrinin miqrasiya ilə bağlı araşdırmalarının nəticələrinə dair təqdimatları dinlənilib. Bundan əlavə, layihə çərçivəsində nəzərdə tutulmuş növbəti təlimlərin mövzuları müzakirə olunub.

Elm və təhsil 2019-07-16 19:15:00