×
A
A
A
Sazlamalar

Neftçilər prospektində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 16 iyul, AZƏRTAC

Neftçilər prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bir qədər əvvəl Neftçilər prospektində (Nobel prospekti istiqaməti, “Port Baku”nun qarşısı) yol nəqliyyat hadisəsi baş verib.
Buna görə də hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Nəqliyyat 2019-07-16 18:54:00