İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
Bakı, 16 iyul, Elvin Camalov, AZƏRTAC
İsrailin Vergi Orqanının baş direktoru Eran Yaakov iyulun 16-da Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin baş direktoru Taleh Ziyadov qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin nəqliyyat qovşağına çevrilməsi istiqamətində aparılan işlər və Bakı Limanının bu prosesdəki rolundan danışıb. Müasir texnoloji həllərin tətbiq olunduğu limanda professional işçi kollektivinin formalaşması, gənc perspektivli kadrların cəlb olunması istiqamətində də müsbət addımların atılması qonağın diqqətinə çatdırılıb.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb