×
A
A
A
Sazlamalar

Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib

Bakı, 16 iyul, AZƏRTAC 

İyulun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gədəbəy Rayon Şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gədəbəy rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyub və xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən söz açıb, gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Eldəniz Süleymanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin bundan sonra da ölkəmizin inkişafı naminə çalışacağına əminliyini ifadə edib.
Valideynlər adından çıxış edən Zakir Qasımov övladlarının hərbi xidməti uğurla başa vurması ilə fəxr etdiklərini bildirib. O, hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıb.
Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Aqil Hüseynli Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətin hər bir vətəndaş üçün şərəf olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.
Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Ordu 2019-07-16 18:42:00